Bakı Dövlət Universitetində pedaqoji təlim kursları başa çatıb

24/05/2018

Bu gün Bakı Dövlət Universitetində pedaqoji kadr hazırlığı aparılan ixtisaslarda dərs deyən müəllimlərin təkmilləşdirmə kurslarının sertifikatlarının təqdimetmə mərasimi baş tutub.  Tədbiri giriş sözü ilə açan Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva  bildirib ki,   ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının əsas məqsədi Azərbaycanda təhsil sisteminin dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə uyğunlaşdırılmasıdır. Müasir dövrümüzdə pedaqoji kadr hazırlığına böyük diqqət yetirildiyini bildirən prorektor qeyd edib ki, kursun keçirilməsində əsas məqsəd müəllimlərin müasir tədris, pedaqoji və psixoloji metodlarının mənimsənilməsinə və tədrisdə informasiya - kommunikasiya texnologiyalarından geniş istifadəsinə nail olmaqdır.

Qeyd edək ki, Tədris Departamentinin “Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə” şöbəsinin müdiri, dosent Vaqif Qasımovun rəhbərliyi ilə təşkil olunan kurslarda 160 müəllim iştirak edib. Cari ilin 5 aprel- 5 may tarixlərində keçirilən kurslarda müəllimlik ixtisası olan 8 fakültə: mexanika-riyaziyyat, tətbiqi-riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya və tarix fakültələrinin  müəllim və baş müəllimləri iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 24 may 2018-ci il

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026