Səfir Maya Xristova Bakı Dövlət Universitetində olub
31/01/2014
Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən və üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Görüşdə Bakı Dövlət Universiteti ilə Bolqarıstan universitetlərinin əməkdaşlıq məsələləri müzakirə olunub. Yaxın gələcəkdə hüquq, filologiya, riyaziyyat və digər ixtisaslar üzrə kadr hazırlığı, ikili diplomların verilməsi, tələbə-müəllim mübadiləsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.
Mətbuat və informasiya şöbəsi, 31 yanvar 2014-cü il.
Xəbərlər
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
