BDU-nun Filologiya fakültəsində “Şuşa folklor örnəkləri” mövzusunda elmi seminar

26/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Şuşa folklor örnəkləri” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Şuşa folklorunun toplanması, nəşri və tədqiqatının önəmindən bəhs edib. Qeyd edib ki, Qarabağ folkloru digər bölgələrimizin folkloru ilə qaynayıb-qarışır, regional fərqlərini itirmə təhlükəsini yaşayır. Təkcə Şuşanın əhalisi respublikamızın 65 inzibati ərazi vahidində yerləşib. Məhz buna görə də bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Şuşadan didərgin düşən əhalinin Azərbaycanın digər bölgələrində dağınıq halda yerləşməsi onların folklorunu toplamaq işini də çətinləşdirir.

Şuşanın  tarixinə nəzər salan tədqiqatçı Ümummilli lider Heydər Əliyevin Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərdiyini, eləcə də erməni iddialarını hər zaman iflasa uğratdığını söyləyərək, bu siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyini vurğulayıb. Bildirib ki, 28 il sonra haqq-ədalət öz yerini tapıb, rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı və işğal altında olan digər torpaqlarımızı azad edib.

Seminarda Şuşanın məişəti ilə bağlı folklor örnəklərindən – toy, Novruz bayramı, Xıdır Nəbi, “Qodu-qodu” mərasimi, inanclar, Xarıbülbül ilə bağlı əfsanələrdən söz açılıb.

Sonda məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan  şifahi xalq ədəbiyyatı kafedrasının dosent-professor heyəti çıxışla bağlı təəssüratlarını bölüşüb.

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026