Slovakiyanın Bratislava Universitetinin professoru Tarix fakültəsində

17/10/2017

Tarix fakültəsinin "Azərbaycan tarixi (Humanitar fənlər üçün)" kafedrasının növbəti iclası keçirilib. Cari məsələlərin müzakirəsindən sonra çıxış edən dekan, dosent Azad Rzayev  fakültəyə ezam olunan Slovakiyanın Bratislava Universitetinin professoru Lukaş Rybar barədə məlumat verib. Məlum olub ki, professor artıq bir neçə həftədir ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsində ezamiyyətdədir. "Krım tatarları və Azərbaycan" mövzusunda materiallarla tanış olmaq məqsədilə Tarix fakültəsi ilə yanaşı BDU kitabxanası  və M. F.Axundov adına  kitabxanada da olub. Qonaq Tarix fakültəsində olmağından məmnunluğunu ifadə edərək mövzu ilə bağlı məlumat verib,  araşdırma  işi ilə əlaqədar planları barədə danışıb.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2017-ci il.

Xəbərlər

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25/11/2026

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
25/11/2026