Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti BDU-da

26/02/2026

Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olub.

Səfər zamanı qonaqlar fakültənin akademik mühiti, tədris prosesi və elmi fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, dil və filologiya sahəsində tədrisin təşkili, müasir metodların tətbiqi və təcrübə mübadiləsi mövzularında müzakirə aparıblar. Onlar müxtəlif ixtisaslar üzrə dərslərdə iştirak edib, auditoriyalarda tələbələrlə ünsiyyət qurublar. Qonaqlar tələbələr qarşısında çıxış edərək, Səmərqənd Dövlət Xarici Dillər İnstitutu haqqında ətraflı məlumat veriblər. Təqdimat zamanı institutda mövcud olan ixtisaslar, təhsil imkanları, beynəlxalq proqramlar və əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.

Səfərin sonunda tərəflər arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026