"Sən İstedadsan-II" yarışmasının qalibləri məlum olub

18/12/2017

Bakı Dövlət Universitetində tələbələr arasında keçirilən "Sən İstedadsan-II" adlı yarışmanın final mərhələsi baş tutub. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov tədbiri açıq elan edərək finala vəsiqə qazanmış bütün iştirakçılara uğurlar arzulayıb.

Layihə rəhbəri Jalə Hüseynova yarışma barədə məlumat verdikdən sonra final mərhələsi keçirilib. Belə ki, 25 iştirakçı - bədii-qiraət, rəqs, aktyorluq, musiqi və rəssamlıq nominasiyaları üzrə öz məharətlərini nümayiş etdiriblər.

Münsiflər heyətinin səsvermə nəticələrinə əsasən hər bir nominasiya üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıblar: rəqs nominasiyası üzrə - İsmət Cəfərov, musiqi nominasiyası üzrə - Anar Yusifov, rəssamlıq nominasiyası üzrə - Aysel İbrahimova, aktyorluq nominasiyası üzrə - Vüsalə Hacıyeva, bədii-qiraət nominasiyası üzrə - Firuzə Tağıyeva.

Daha sonra  qaliblərə mükafatlar, digər iştirakçılara isə diplomlar təqdim edilib. Münsiflər heyəti və aparıcılar isə təşəkkürnamə ilə təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2017-ci il.


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026