SOCAR-ın süni intellekt üzrə mütəxəssisi BDU tələbələri ilə görüşüb

29/04/2025

SOCAR-ın süni intelekt üzrə mütəxəssisi Nail Məmmədovun Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi və SABAH qruplarının tələbələri ilə görüşü keçirilib.

Fakültənin İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru, dosent Mübariz Xəlilov bildirib ki, artıq süni intellekt bütün dünya ölkələrinin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Ölkəmiz də süni intellektin tətbiqi ilə bağlı mühüm addımlar atmaqdadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il martın 19-da “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Bu, elm və təhsil müəssisələrinin də üzərinə mühüm öhdəliklər qoyur.

Sonra SOCAR-ın süni intelekt üzrə mütəxəssisi Nail Məmmədov “Ardıcıl modellər və zaman seriyaları ilə proqnozlaşdırma” mövzusunda təqdimat edib. O, ardıcıl modellərin və zamanla dəyişən məlumat ardıcıllığının əsas prinsiplərini açıqlayıb, zaman seriyası anlayşı, onun maliyyə bazarları, hava proqnozları, texnoloji trendlər kimi sahələrdə tətbiq nümunələrini təqdim edib. Görüşdə zaman seriyalarının əsas xüsusiyyətləri, o cümlədən trend, mövsümilik, avtokorrelyasiya və təsadüfi səs-küy anlayışları müzakirə edilib, qeyri-stasionar zaman seriyaları və bu cür məlumatların işlənməsi yolları diqqətə çatdırılıb. Statistik yanaşmalar çərçivəsində mövsümiliyin və trendin aradan qaldırılması üsulları, xətaların ölçülməsi metodikası və məlumat bölünməsi strategiyaları təqdim olunub.

Tədbirin sonunda Nail Məmmədov tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026