Son 3 ildə BDU-nun 1684 tələbəsinə təhsil krediti verilib

14/05/2024

Bakı Dövlət Universitetinin (BDU) 1684 tələbəsi 2021-2024-cü illər ərzində təhsil krediti almaq hüququ əldə edib. Onlardan 494-ü sosial, 1190-ı isə standart təhsil kreditidir.

Son 3 ildə təhsil krediti almaq üçün müraciət edən 2038 BDU tələbəsindən 1684-ü bu hüququ qazanıb.

2023/2024-cü tədris ilində isə ümumilikdə 705 BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 184-ü sosial, 521-i isə standart təhsil krediti olub.

Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026