Son bir ildə BDU-nun Hirş indeksi 11 bal artaraq 70 olub

16/01/2025

“QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşan, tələbə-müəllim nisbəti (faculty-student ratio) indikatoru üzrə dünyada 373-cü mövqeyə, məşğulluq göstəriciləri (employer outcomes) üzrə isə 271-ci mövqeyə yüksələn və beləliklə, müxtəlif indikatorlar əsasında qiymətləndirmə nəticələrinə əsasən, ölkədə lider mövqedə qərarlaşan Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi son bir il ərzində 11 bal artaraq 70 olub. Hər bir əsərə istinadların orta sayı isə 9.05-ə qədər yüksəlib.

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4568 elmi əsər nəşr edilib. Bu əsərlərə 41000-dən çox istinad edilib. Nəşr edilmiş elmi əsərlərə 2024-cü ildə 8130 istinad olunub.

2024-cü ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 303 (yekun nəticələr tam deyil) elmi əsər nəşr edilib.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

BDU ailəsini təbrik edir və daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026