Sosial elmlər və psixologiya fakültəsində növbəti elmi seminar

31/05/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azad iradə və əxlaqi məsuliyyət” mövzusunda seminar keçirilib.

Tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini Qızılgül Abbasovaya  və TEC sədri Zeynəb Rəşidova  çıxış edib, seminar haqqında iştirakçılara məlumat verib, mövzunun əhəmiyyətindən danışıblar.

Fəlsəfə kafedrasının müəllimi Elmar Hüseynov “Azad iradə və əxlaqi məsuliyyət” mövzusunda təqdimatla çıxış edib. Məruzədə XX-XXI əsrləri əhatə edən Müasir Qərb fəlsəfəsi üzrə problemə aid düşüncə istiqamətləri, iradə anlayışının bütün aspektləri, azad iradə ilə bağlı bir çox istiqamətlərdə aparılan tədqiqatlardan bəhs edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026