Sosial iş kafedrası Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının tamhüquqlu üzvü olub

17/04/2018

Bakı Dövlət Universitetinin Sosial iş kafedrası Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasına (SİMBA) tamhüquqlu üzv qəbul edilib.

1928-ci ildə Parisdə keçirilən İlk Beynəlxalq Sosial İş Konfransında yaradılan SİMBA sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyasıdır. Əsas missiyası milli, regional və beynəlxalq assosiasiyalar ilə dünya miqyasında əməkdaşlıq çərçivəsində sosial iş təhsilini təşviq və təmsil etmək, sosial iş müəllimləri və proqramlarının cəlb olunmuş birliyini yaratmaq və qoruyub saxlamaq, tədqiqat və kurrikulum resurslarının qarşılıqlı mübadiləsində iştirakçılığı fasilitasiya etmək və dəstəkləmək, daha ədalətli dünya üçün təhsil strategiyaları və siyasətlərini təkmilləşdirmək, Sosial İş Təhsili və Təlimi üçün Qlobal Standartları hazırlamaq, sosial iş tədrisçiləri üçün konfranslar, təlim proqramları və kurrikulum icmallarını təşkil etmək, nəşrlər və sosial mediadan istifadə, BMT-də təmsilçilik olan təşkilatın 404 məktəb üzvü və dünyanın bütün qitələrinin 65 ölkəsində 5  filialı, 231 fərdi üzvləri var ki, onlar da əsasən sosisal işçilər və sosial iş müəllimləridir.

Təşkilata üzvlük, eyni zamanda, SİMBA-nın Listservinə (Google qrupları), Sosial Dialoq, Beynəlxalq Sosial İş və Beynəlxalq Sosial Rifah jurnallarına abunəlik, ümumdünya sosial iş məktəbləri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sosial iş məktəbləri ilə birgə layihələrdə iştirak imkanları yaradır.

 

Mətbuat və informasiya şöbəsi, 17 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026