Sosial Xidmətlər Agentliyinin əməkdaşı BDU-da ustad dərsi keçib

02/04/2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə ustad dərsi keçib.

Ustad dərsi Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memoranduma uyğun olaraq keçirilib.

Dərsdə tələbələrə sosial xidmətin mahiyyəti, mexanizmi, keys menecment prosesi izah olunub, sosial işçilərin bu istiqamətdə missiyasından bəhs edilib. Ustad dərsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov,  Monitorinq, təhlil və akkreditasiya şöbəsinin müdiri Pərvanə Mövsümova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev və kafedranın əməkdaşları da iştirak ediblər. Dərsdə tələbələrə sosial xidmət sferası üzrə müxtəlif keyslər əsasında iş mexanizmi, sosial işçilərin yumşaq və sərt bacarıqları, nəzəri biliklərin praktikada tətbiqi istiqamətləri barədə məlumat verilib.

Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, sosial xidmət müəssisələrinə infoturların təşkil edilməsi, Sosial Xidmət Agentliyinin əməkdaşlarının maraq göstərən və ehtiyacı olan tələbələrə mentorluq xidmətinin göstərilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026