BDU tələbələri sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında məlumatlandırılıblar

22/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində İnnovativ həllər üzrə konsultant, Azərbaycan İnnovasiya Kommunikasiya Texnologiyaları Assosiasiyasının üzvü Mübariz Qasımov tərəfindən “Sosial innovasiyalar” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında tələbələri məlumatlandırmaqdır. Mübariz Qasımov bildirib ki, sosial innovasiya sosial problemlərin daha səmərəli, ədalətli, həmçinin qeyri-ənənəvi üsullarla yeni həllidir. O, bu istiqamətdə süni intellekt, məlumat analitikası, mobil texnologiya, virtual və artırılmış reallıq, əşyaların interneti kimi texnologiyaların imkanlarından yararlanmaqla sosial rifahın təmin olunduğu təcrübələrdən konkret nümunələr gətirib.  Təlimçi innovativ texnologiyaların cəmiyyətin sosial inkişafında, qeyri-bərabərliyin, məhrumiyyətlərin aradan qaldırılmasında, bir çox resurslara çıxışın təmin olunmasında geniş imkanlar yaratdığından da danışıb.

Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov tələbələrin peşə kompetensiyalarının zənginləşdirilməsində bu cür təlimlərin müsbət əhəmiyyətini qeyd edib.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026