"Spirtli içkilər və siqaretin zərərləri” mövzusunda tədbir keçirilib

29/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Biologiya fakültələrinin birgə  təşəbbüsü ilə “Spirtli içkilər və siqaretin zərərləri” mövzusunda  onlayn tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri fakültənin ikinci kurs tələbəsi Aytac Hüseynli açaraq tədbirin məqsədi və mahiyyəti haqqında ümumi məlumat verib.

Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Vüsal Məmmədrəhimov və Filologiya fakültəsi TGT sədr müavini Ələkbər Həsənovun çıxışları dinlənilib. Natiqlər ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən, siqaretin və spirtli içkinin insan sağlamlığına vurduğu zərərlərdən, ictimai yerlərdə siqaretdən istifadə ilə bağlı qoyulan məhdudiyyətlərdən bəhs ediblər.

Sonra tələbələr adından çıxış edən Aynurə Ataşova, Səmayə Tağızadə və Aytac Əliyeva spirtli içki və siqaretin zərərləri, onların istifadəsi nəticəsində yaranan xəstəliklər və onlardan istifadənin qlobal miqyasda yaratdığı təhlükələr haqqında məluma verib, gəncləri neqativ vərdişlərdən uzaq durmağa çağırıblar.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin təklif və tövsiyələri dinlənilib.

 

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025