“Əsrin faciəsi - Xocalı Soyqırımı”

25/02/2013

Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin kollektivi Xocalı Soqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Əvvəlcə tədbir iştirakçıları Xocalıda həlak olan həmvətənlərimizin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. “Əsrin faciəsi-Xocalı Soyqrımı” adlı tədbiri giriş sözü ilə açan BDU THİK sədri Daşqın Qənbərov Xocalı faciəsindən, soydaşlarımızın məruz qaldığı vəhşiliklərdən, köməksiz qalan Xocalının işğalından tədbir iştirakçılarına məlumat verdi.
“Artıq 21 ildir ki, Xocalı erməni işğalı altındadır. XXI əsrin ən dəhşətli faciələrindən biri olan “Xocalı soyqırımı” Xatın, Xerosima faciələri kimi dəhşətli, amma daha vəhşilklə törədildiyinə görə “əsrin faciəsi” kimi tarixə yazılıb.”
Daha sonra tarixi rəqəmləri xüsusilə vurğulayan D. Qənbərov bu kütləvi soyqırım zamanı 613 nəfərin bu və ya digər formada məhv edildiyini, 1275 nəfərin əsir götürüldüyünü, 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın qətlə yetirildiyini və 150-dən çox soydaşımızın itkin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. D. Qənbərov : “Bu, məqsədli şəkildə planlaşdırılmış və birbaşa insanlığın məhvinə yönələn bir addım, soyqırım idi. Dünyaya haqq, ədalət təbliğ edən ölkələr də, çox təəssüf ki, bu məsələyə biganə yanaşır, ədalətin bərqərar olması üçün Xocalıda baş verənləri “Soyqırım” kimi tanımaq istəmirlər, bu cinayətə bilavasitə göz yumurlar. Dünya bizdən sülhə razı olmağımızı istəyir. Tərəflər bir araya gəldikdə isə bu və ya digər şəkildə güzəştə getməyə çağırır. Məgər, bizim sülhə razı olmağımız güzəştə getməyimiz deyilmi ? ””
Daha sonra tələbə Həlimə Tağıyeva Xocalı Soyqırımına beynəlxalq hüquq tərəfindən hələ də lazımı qiymətin verilmədiyini söylədi. Azərbaycanın vətənpərvər, dünyagörüşlü və intellektual gəncliyinin, məhz, bu soyqırımların, həqiqətin dünya ölkələrində təbliğinin hər bir azərbaycanlı gəncin istəyi və ümdə amalı olduğunu söylədi.
Çıxış edən tələbə Anar Cəfərov, Mətanət Həsənova və s.-i Xocalı Soyqırımı haqqında fikirlərini tələbələrlə bölüşdülər.
Tədbirin sonunda tələbələrlə Xocalı Soyqırımı mövzusu dəyirmi masa formatında davam etdirilib.

Mətbuat və İnformasiya şöbəsi, 25 fevral 2013-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024