Stavropol Dövlət Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb

28/04/2010

Rektor, akademik Abel Məhərrəmov aprelin 23-də Stavropol Dövlət Universitetinin rektoru Vladimir Şapovalovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nu klassik universitetlərdən biri kimi xarakterizə edən və bu ali təhsil ocağının Rusiyada, Stavropolda yaxşı tanındığını deyən Vladimir Şapovalov bu gün ölkəmizdə təhsil və tədris sahəsində dövlət səviyyəsində aparılan işlərdən məmnun qaldığını bildirib. Tələbə mübadiləsinin zəruriliyi, birgə əməkdaşlığın, qarşılıqlı qrant layihələrinin həyata keçirilməsinin müzakirə olunduğu görüşün sonunda əməkdaşlıq protokolu imzalanıb. Akademik Abel Məhərrəmov imzalanmış protokolun universitetlərin gələcək əməkdaşlığı baxımından faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, elmi laboratoriyalara baxış keçiriblər.

 

Mətbuat xidməti


Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026