Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti BDU-da

05/03/2024

Bakı Dövlət Universitetində (BDU) Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan rektor Elçin Babayev ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, BDU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları və Universitetdə aparılan tədris, elmi tədqiqat işləri haqqında məlumat verib. Rektor qeyd edib ki, fəaliyyət göstərdiyi 104 il ərzində BDU-nun 200 mindən artıq məzunu olub, onların arasında tanınmış alimlər, ictimai-siyasi xadimlər var.  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur. Rektor bildirib ki, son dövrlər BDU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığına dair müqavilələr, ikili diplom proqramları imzalayır.

Rektor həmçinin BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətindən bəhs edib, tələbə və akademik heyətin mübadiləsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi istiqamətində təkliflərini bildirib.

Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, Şahzadə Nourah bint Abdulrahman Universiteti, İmam Məhəmməd Universiteti, Umm Əl-Qura Universiteti, Mədinə İslam Universiteti və digər ali təhsil müəssisələri haqqında ətraflı məlumat veriblər.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığı ilə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, elmi-tədqiqat sahəsində mübadilə imkanları müzakirə edilib.

Daha sonra qonaqlar BDU-nun Elmi Kitabxanası, Heydər Əliyev muzeyi və lektoriyası, Şərqşünaslıq fakültəsi ilə tanış olublar.

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025