Suraxanı Gənclər Evində BDU tələbələrinin hazırladığı "Yarımçıq qalmış.." tamaşası nümayiş olunub

26/09/2024

Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin əməkdaşı Azad Əzizov, Əmircan və Bülbülə qəsəbə nümayəndələri, Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, həmçinin şəhid ailələri iştirak ediblər.

Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə hazırlanan səhnə əsərində Universitetin müxtəlif fakültələrinin istedadlı tələbələri şəhid olmuş qəhrəman oğullarımızın, onların ailə üzvlərinin obrazlarını məharətlə yaradıblar.

Əsərin müəllifi Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.

Səhnə əsərində rolları Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu, tələbələr Eltac Abbasov, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Ramazan Ramazanlı, Tural Behbudov, Fidan Sultan, Mədinə Hüseynzadə, Nuran Atakişiyev ifa ediblər.

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026