İtaliyalı professor BDU-da mühazirə oxuyub

05/04/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsində İtaliyanın Pavia Universitetinin professoru, İNFN-nın üzvü (Italian Institute for Nuclear Physics) Lorenzo Makkonen ilə görüş olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, Kvant nəzəriyyəsi sahəsində beynəlxalq aləmdə tanınmış mütəxəssis olan Lorenzo Makkonen barədə məlumat verib, onun ölkəmizə bir həftəlik səfəri çərçivəsində Fizika fakültəsinin tələbə, magistrant və doktorantlarına “Kvant mexanikası”, “Seçilməzlik prinsipi”, “Kvant nəzəriyyəsi”, “Bell nəzəriyyəsi”, “Postulatlar” mövzularında mühazirələr oxumasını yüksək dəyərləndirib. M.Ramazanov professorun dəyərli kitabların və müxtəlif bazalarda indekslənən jurnallarda (Web of Science, Scopus, Google Scholar və s.) çap olunmuş elmi məqalələrin müəllifi olduğunu xüsusi vurğulayıb.

Görüşdə universitetlərarası əlaqələrin əhəmiyyəti, o cümlədən birgə layihələrin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra professor L.Makkonen BDU-nun Nanoaraşdırmalar mərkəzində olub, həyata keçirdiyi layihələr barədə məlumat verib, “Kvant texnologiyası və onun müasir aspektləri” mövzusunda mühazirə oxuyub.

Mətbuat və informasiya şöbəsi, 5 aprel 2018-ci il.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026