İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

04/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Gənc Alimlər Şurasının onlayn elmi seminarı keçirilib.

Seminarda Fizika fakültəsinin əməkdaşları, doktorantları və tələbələri iştirak ediblər.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev gənc tədqiqatçıların fəaliyyətinin təşkilində Gənc Alimlər Şurasının mühüm rolu olduğunu bildirib. O, seminarın məruzəçisi, Italiyanın Calabria Universitetinin professoru Cristian Vacacela Gomezlə Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Lalə Qəhrəmanlı arasında sıx elmi əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Lalə Qəhrəmanlı bu əməkdaşlıq çərçivəsində qrafen əsaslı materialların xassələrinin öyrənilməsi, onların tətbiq perspektivlərinin araşdırılması və nəzəri hesablamaların aparılması istiqamətində birgə həyata keçirilən tədqiqatlar barədə məlumat verib.

Sonra İtaliyanın Calabria Universitetinin professoru Cristian Vacacela Gomez  “Aşağı ölçülü materiallarda plazmon rezonansı və əlaqəli tətbiqlər” (“Plasmon resonance in low-dimensional materials and related applications”) mövzusunda məruzə edib. Məruzədə aşağıölçülü sistemlərdə plazmon rezonansı hadisələrinin nəzəri əsasları, o cümlədən akustik plazmonlar və 2D plazmon effektləri geniş izah olunub. Səth və interfeys hadisələrinin rolu, qrafen və silisium əsaslı materiallar kimi aşağıölçülü strukturlarda müşahidə olunan xüsusiyyətlər, müasir nəzəri yanaşmalar, xüsusilə DFT (Sıxlıq funksional nəzəriyyəsi - Density functional theory) hesablamaları təqdim edilib. Bununla yanaşı, müxtəlif nanomaterialların sintez üsulları, onların elektron və optik xassələrinin nəzəri modelləşdirilməsi, plazmon hadisələrinin biosensor texnologiyalarında tətbiq imkanları ətraflı müzakirə olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026