BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzi Hüseyn Cavidin “Ana” faciəsini tamaşaya qoyub

27/10/2022

Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq Mərkəzi Azərbaycanın görkəmli  dramaturqu Hüseyn Cavidin “Ana” mənzum faciəsini tamaşaya qoyub. Tamaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 24 sentyabr tarixli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinin keçirilməsi haqqında Sərəncamına uyğun hazırlanıb.

Bu gün BDU-da tələbələrin iştirakı ilə tamaşanın premyerası keçirilib.

Əvvəlcə filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblı Cavid irsinin bədii, fəlsəfi çalarları barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının nəhəng simalarından biridir. Cavid irsinə ən böyük qiymət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1981-ci ildə verilib. Məhz həmin vaxt Hüseyn Cavidin 100 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün Sərəncam imzalanıb, dahi şairin nəşi uzaq Sibir çöllərindən Naxçıvana gətirilib, onun əsərlərinin külliyyatı çap olunub. Cavid irsinə böyük qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.  
Daha sonra tamaşaya baxış keçirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Orucoğludur. Rolları Universitetin tələbələri Fidan Sultanova, Ramazan Ramazanzadə, Fidan Əlizadə, Eltac Abbasov, Balahüseyn Şıxıyev, Yunis Əhmədov ifa ediblər.

Böyük dramaturq Hüseyn Cavidin "Ana" əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, nəciblik, sədaqət duyğuları tərənnüm olunub.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026