Tanınmış alim Süleyman Allahverdiyevlə əməkdaşlıq əlaqələri müzakirə edilib

26/12/2019

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının və Rusiya Elmlər Akademiyası K.A.Timiryazev adına Fiziologiya İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Süleyman Allahverdiyevlə görüşüb.

Görüşdə fotosintez, fiziologiya, biofizika, biokimya, molekulyar biologiya və nanobiotexnologiya istiqamətlərinin Bakı Dövlət Universitetində inkişafı perspektivləri barədə müzakirələr aparılıb və bu elm sahələri ilə bağlı əməkdaşlıq əlaqələri müzakirə edilib.

Rektor Elçin Babayev Süleyman Allahverdiyevin elmi araşdırmalarının nəticələrinin müntəzəm olaraq nüfuzlu jurnallarda dərc edildiyini və elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanındığını bildirib. Bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların redaksiya heyətinin üzvü olan S.Allahverdiyevin ötən il Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi  “Scopus Awards” mükafatına layiq görülməsinə diqqət çəkib.

S.Allahverdiyev haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib. 1973-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyini vurğulayan tanınmış alim sonrakı uğurlarında bu amilin böyük rol oynadığına diqqət çəkib. O, müzakirə edilən istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir
23/09/2026