Tanınmış aparıcılar “Jurnalistikanın bu günü” adlı layihə çərçivəsində təlim keçiblər

11/10/2016

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Jurnalistikanın bu günü” adlı layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təlim keçirilib.
Azərbaycan Dövlət Televiziyası Xəbərlər proqramının aparıcısı Vüsalə Səid, İctimai Televiziyanın Səhər Proqramları Departamentinin müdiri Rəşad Mehdili öz təcrübələrini tələbələrlə bölüşüblər.
Qeyd edək ki, layihənin məqsədi universitet tələbələri ilə peşəkar jurnalistlərin görüşlərini təşkil etmək, onlarla müzakirələr aparmaq, təlim keçmək və sonda ən yaxşı publisistik yazı müəllifini mükafatlandırmaqdır.

Mətbuat və informasiya şöbəsi, 11 oktyabr 2016-cı il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026