Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər - ELAN

02/10/2023

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində tanınmış astronavtların Bakı Dövlət Universitetinin (BDU) tələbə və gənc tədqiqatçıları ilə görüşü keçiriləcək.

Görüşdə avstriyalı astronavt Franz Viehböck  və yaponiyalı astronavt Koichi Wakata kosmosa uçuş təcrübələrini bölüşəcək, kosmik missiya haqqında iştirakçılara məlumat verəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.

Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)  təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyəti və Astronavtlar proqramı haqqında ətraflı məlumat verəcək.

Arzu edənlər iştirak edə bilərlər.

Tədbirin keçiriləcəyi yer: BDU-nun əsas binası, böyük akt zalı

Tarix: 2023-cü il 5 oktyabr, saat: 10:00 - 11:30

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026