Tanınmış sosioloq İnqilab Şahbazov BDU tələbələrinə ustad dərsi keçib

10/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının dəvəti ilə tanınmış sosioloq İnqilab Şahbazov tərəfindən tələbələr üçün ustad dərsi keçirilib.

Hazırda ADA Universitetində sosiologiya müəllimi kimi çalışan İnqilab Şahbazov Böyük Britaniyanın Kembric Universitetində “MPhil in Criminology” ixtisası üzrə magistratura təhsili alıb. O, “Tədqiqat metodları” kitabının müəllifidir və 8 ildən artıq tədqiqatçılıq təcrübəsinə malikdir.

Ustad dərsində tələbələrə həyata keçirdikləri tədqiqat nəticələrini təhlil etmək, məqalə formasında hazırlamaq qaydaları praktik nümunə əsasında izah olunub. Elmi məqalənin yazılması şərtləri, yerli və xarici elmi jurnallarda məqalə çapı üçün müraciət prosedurları ilə bağlı məlumatlar verilib.

Dərs prosesi zamanı tələbələrin sualları cavablandırılıb, mentor tərəfindən müvafiq tövsiyələr verilib.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026