Tanınmış texnobloger Fərid Pərdəşünas BDU-nun tələbə-jurnalistlərinə ustad dərsi keçib

20/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Yeni media və kommunikasiya nəzəriyyəsi” dərsi çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist və texnobloger Fərid Pərdəşünasla görüş keçirilib. III kurs tələbələri üçün nəzərdə tutulan ustad dərsində Fərid Pərdəşünas Vətən müharibəsi zamanı informasiya müstəvisində könüllü kimi göstərdiyi fəaliyyətdən, həmin vaxtlar erməni mediasında gündəmə çevrilən, müəllifi və təsisçisi olduğu "Tavush Bot" sosial şəbəkə platformasından danışıb. Ermənistan Müdafiə Nazirliyinin haqqında dəfələrlə açıqlama vermək məcburiyyətində qaldığı "Tavush Bot" adlı sosial şəbəkə proqramının, çoxsaylı texnologiya və startap layihələrinin müəllifi olan Fərid Pərdəşünas həmçinin rəhbərlik etdiyi “Technote Media Şirkəti”nin fəaliyyəti, məqsəd və məramı barədə tələbələrə məlumat verib.

Süni intellekt və onun imkanlarından da bəhs edən qonaq texnoloji savadlılıq və kibertəhlükəsizlik mövzularına da toxunub. Sonda interaktiv müzakirə aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026