“Tanpınarı kəşf edirəm” müsabiqəsi qaliblərinin Türkiyə səfəri

28/04/2017

Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu tərəfindən keçirilmiş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin qalibləri Türkiyənin İstanbul, Yalova, Əskişəhər, Konya və Bursa şəhərlərinə beş günlük səfər edib. 
Qaliblərdən ikisi – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova və Kimya fakültəsinin tələbəsi Lamiyə Qurbanlı Bakı Dövlət Universitetini təmsil edib. Səfərdə Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və layihənin koordinatoru Şəhla Aslan da iştriak edib. 
Səfər müddətində qonaqların Əskişəhər valisi Əzmi Çəlik, Bursa şəhər Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar, Osmanqazi Bələdiyyəsinin Kültür və Sosial İşlər müdiri Kənan Kır və onun müavini Mehmet Uzun, Türk Dünyası Vəqfinin rəhbəri Adnan Təkşənlə rəsmi görüşləri baş tutub. 
Qaliblərlə görüşən Əskişəhər valisi Əzmi Çəlik onlara müxtəlif hədiyyələr təqdim edib. Bursa şəhərinə səfər zaman isə Osmanqazi Bələdiyyəsi tərəfindən qonaqların şərəfinə ziyafət təşkil edilib. Konyada Azərbaycan nümayəndə heyətini qonaqpərvərliklə qarşılayan professor Əli Bərat Alptəkin və dosent Səlcuq Pekər onları şəhərlə yaxından tanış edib. 
Professor Yeganə İsmayılova görüşlərdə Bakı Dövlət Universitetinin tarixi və təhsil mühitindən, rektor, akademik Abel Məhərrəmovun elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, həmçinin müsabiqənin əhəmiyyətindən ətraflı söz açıb, universitet adından qurum rəhbərlərinə xatirə hədiyyələri təqdim edib. 
Qaliblər beş gün ərzində Türkiyənin tarixi-mədəni yerləri, o cümlədən Konyadakı N.Ərbakan və Səlcuq Universitetləri, Əskişəhərdəki Anadolu Universiteti, Türk Dünyası Elm, Kültür və Sənət Mərkəzi ilə tanış olublar. 
“Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi qaliblərinin Türkiyə səfəri zəngin və maraqlı görüşlərlə yadda qalıb.

Mətbuat və informasiya şöbəsi, 28 aprel 2017-c il

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024