Tarix fakültəsində "1918-ci il mart soyqırımının tarixşünaslığı" mövzusunda ustad dərsi keçirilib

29/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində onlayn ustad dərsi keçirilib.

Tədbirdə çıxış edən Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, Bakı Dövlət Universiteti ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində 2021/2022-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq müxtəlif elmi istiqamətlər üzrə BDU alimləri tərəfindən hər iki ali təhsil müəssisəsinin tələbələri və əməkdaşları üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. O, keçirilən bu tip onlayn elmi tədbirlərin əsas məqsədinin hər iki ali təhsil müəssisəsinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, bir əsrdən çox yaşı olan Taix fakültəsinin tanınmış alimlərinin son elmi tədqiqatları haqqında məlumatları və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirib.

Ustad dərsində Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov "1918-ci il mart soyqırımının tarixşünaslığı" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan tarixşünaslığının ən aktual məsələlərindən biri olan 1918-ci il soyqırımı mövzusuna dair nadir arxiv sənədləri və mənbələrə istinad edən professor məruzəsində erməni cəmiyyətində əsrlərdir kök salmış türk düşmənliyi məsələsinin tarixi köklərindən bəhs edib, 1905-1906-cı illər, 1918-ci il mart, Xocalı soyqırımlarının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali baş komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində tarixi zəfər qazanan Şanlı Azərbaycan Ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını, bu tarixi zəfərin Azərbaycan xalqının son iik yüz illik tarixində ən böyük qələbəsi olduğunu, Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını diqqətə çatdırıb.

“Microsoft Teams” platforması üzərindən 300-ə yaxın iştirakçı qatılıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024