Tarix fakültəsində “Azərbaycanda ərazi və əhali məsələləri” mövzusunda elmi seminar keçirilib

20/12/2019

Bakı Dövlət Universiteti və Tarix fakültəsinin 100 illik, Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya və Azərbaycanın maddi mədəniyyət tarixi ETL-nin 30 illik yubileylərinə həsr olunmuş “Azərbaycanda ərazi və əhali məsələləri” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya ETL-nin böyük elmi işçisi Ulduz Paşayeva ETL-in 30 illik tarixi, elmi tədqiqatların istiqamətləri, əldə edilən elmi nəticələr, nəşr edilən monoqrafiyalar, elmi toplu və elmi konfranslar barədə ətraflı məlumat verib.

Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov fakültədə aparılan islahatlar, yeni ixtisasların, xarici dil qruplarının, elmi-tədqiqat laboratoriyalarının yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Sonra dosent Mehman Abdullayev, dosent Kəmalə Nəcəfova, tarix elmləri doktoru Tarix Dostiyev, t.f.d. Hicran Mahmudova, dosent Səidə Əliqızı, dosent Aydın Məmmədov, dosent Sitarə Mustafayeva, böyük elmi işçi dosent Səidə Quliyeva, aparıcı elmi işçi t.f.d. Şəfayət Fərəcov, Arzu Abbasova və digər məruzəçilər Azərbaycanın ərazi və əhali məsələlərinə dair mövzularla çıxış ediblər. Məruzələrdə elmi-tədqiqat laboratoriyasının 30 illik elmi nailiyyətləri, ETL-in yaradılmasının elmi tədqiqatlar üçün yeni mərhələ olduğu elmi əsaslarla təhlil edilib.
Çıxışlardan sonra məruzələr geniş müzakirə edilib.
Məruzələrin “Dünya Azərbaycanlıları: tarix və müasirlik” toplusunun VII buraxılışında nəşr edilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026