Tarix fakültəsində elmi seminar keçirilib

05/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində növbəti onlayn elmi seminar keçirilib.

Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Zabil Bayramov “Gərdizinin “Zeyn ül-Əxbar” əsəri və əsərdə türk tayfaları haqqında məlumatlar" mövzusunda məruzə ilə çıxış edib.

Zabil Bayramov məruzəsində bildirib ki, Əbu Səid ibni-Əbd-əl-Həy-ibni-əl-Zəhhaq ibni-Mahmud Gərdizi tərəfindən yazılmış “Zeyn ül-Əxbar” adlı əsər əfsanəvi İran hökmdarları Kştadilər və Kəranilərdən 1042-ci ilə qədər Orta, Yaxın Şərq və Mərkəzi Asiya xalqlarının  tarixi üçün çox qiymətli bir mənbədir. Mənbədə Qəznəvilər dövləti, o cümlədən türk tayfaları, onların yerləşdiyi coğrafi məkan və mənşəyi haqqında olduqca qiymətli material və faktlar vardır. Əsər Avropada V.Minorski və digər müəlliflər tərəfindən araşdırılmış, rus dilinə və bəzi Avropa dillərinə, həmçinin İranda Əbdü əl Həy tərəfindən  tərcümə edilib.

Lakin Azərbaycan tarixində bu dəyərli mənbə günümüzə qədər elmi dövriyyəyə gətirilməyib. Əsərdəki səlcuqlarla bağlı faktlar Azərbaycan tarixinin Səlcuqlu dövrünün  öyrənilməsi və araşdırılması baxımından olduqca vacibdir.

Elmi seminar maraqlı müzakirələlə yadda qalıb.

Xəbərlər

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir
21/05/2026

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”
21/05/2026