Tarix fakültəsində faciə qurbanlarının xatirəsi anıldı

25/02/2009

Fevralın 25-də Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı tarix fakültəsində anım mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, professor Sani Hacıyev Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etmişdir. O, illərlə bizimlə bir torpaqda yaşayan Azərbaycanın çörəyini yeyib, suyunu içən ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını, xocalılara tutulan divanı tarixdə misli bərabəri olmayan faciə adlandırdı.
Sonra faklütənin magistrantı Aygün Abdullayeva çıxış edərək faciənin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli, amansız cinayətlərdən biri olduğunu vurğulamışdır. "Xocalı faciəsi əsrin qırğınıdır" mövzusunda məruzə edən Aygün Abdullayeva xalqımızın başına gətirilən qanlı hadisənin acı nəticələrindən danışmışdır. Daha sonra fakültənin tələbələrindən Nüşabə Hüseynzadə "Yaddaşlarda həkk olunmuş dəhşətli gecə", Nərgiz Əhmədova "Xocalı harayı", Nəsimi Teymurov "Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması", Lalə Əmiraslanova "Qan yaddaşı" mövzularında məruzə etmişlər. Çıxışlarda bu soyqırımın bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olması fikri xüsusi olaraq vurğulanmışdır. Məruzəçilər Xocalıda məqsədyönlü şəkildə dinc əhalinin milli, etnik zəmində məhv edildiyini qeyd edərək soyqırım barədə ürəkağırısı ilə danışmışlar.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026