Tarix fakültəsində "Heydər Əliyev - müstəqil Azərbaycanın qurucusudur" mövzusunda elmi seminar keçirilib

14/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş "Heydər Əliyev – Müstəqil Azərbaycanın qurucusudur"  mövzusunda elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin dekan vəzifəsini icra edən İbrahim Zeynalov “15 iyun – Milli Qurtuluş günü”  və onun müstəqil Azərbaycanın tarixində xüsusi yeri və rolu haqqında məlumat verib.

Elmi seminarda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov "Heydər Əliyev – Müstəqil Azərbaycanın xilaskarı və qurucusudur" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po­tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanmışdır.

Seminarda Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın xilaskarı və qurucusu kimi titanik fəaliyyəti faktlar əsasında təhlil olunub.

Xəbərlər

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
06/01/2026