Tarix fakültəsində magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib

26/05/2017

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsindəki rolu” mövzusunda magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib. Konfransı Elm və innovasiyalar üzrə prorektor, professor  Aydın Kazımzadə açaraq Əziz Əliyevin ictimai-siyasi fəaliyyəti və onun dövlət idarəçiliyindəki rolundan bəhs edib.

Sonra  fakültənin magistrantları - Ayşən İbrahimova “Əziz Əliyev Qafqazın görkəmli ictimai-siyasi xadimidir”, Nurlan Qasımlı “Əziz Əliyevin Dağıstan rəhbərliyi dövrü”, Jalə Məmmədova “Əziz Əliyevin siyasi portreti” və Nigar Əliyeva “Azərbaycanda multikulturalizm” mövzularında məruzələr təqdim ediblər.  Dekan, professor Azad Rzayev  məruzələri yüksək dəyərləndirib və çıxışçılara təşəkkür edib.

Plenar iclasdan sonra konfrans işini “Vətən tarixi” və “Ümumi tarix” üzrə bölmə iclaslarında elmi işlər üzrə dekan müavini, professor S.Süleymanovanın sədrliyi və S. Heydərovanın katibliyi ilə davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 26 may 2017-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026