Tarix fakültəsində "Müsəlmanlara, xristianlara və yəhudilərə qarşı Erməni Soyqırımı" kitabının təqdimatı olub

24/10/2017

Tarix fakültəsində araşdırmaçı alim Xaqani İsmayılın "Müsəlmanlara, xristianlara və yəhudilərə qarşı Erməni Soyqırımı" kitabının təqdimatı olub. "Müasir İnkşaf" İctimai Birliyinin dəstəyilə keçirilən təqdimatda çıxış edən dekan Azad Rzayev kitabın arxiv materialları, o cümlədən Avropa arxivlərinə aid sənədləri əks etdirdiyini xüsusi vurğulayıb. Daha sonra müəllif kitabın yazılma tarixi barədə ətraflı məlumat verib. Tədbirdə "Müasir İnci" İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü, tarix elmləri doktoru Kamran İsmayılov, Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli, filologiya üzrə elmlər doktoru Ramiz Əsgər, professor Ziyadxan Həbibbəyli və Asif Məmmədlinin çıxışları dinlənilib. Onlar kitabın gənc nəslin vətənpərvərlik ruhunun möhkəmlənməsinə təsiri, o cümlədən tarixi əhəmiyyətindən bəhs ediblər.

Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2017-ci il.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026