Tarix fakültəsində növbəti elmi seminar keçirilib

27/04/2021

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Qədim dünya və orta əsrlər tarixi kafedrasının təşkilatçılğı ilə “Qondarma erməni soyqırımı erməni uydurmasıdır” adlı elmi seminar keçirilmişdir.

Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova erməni yalanları və saxtakarlığının tarixi kökləri, əsl soyqırıma məruz qalan azərbaycanlı əhali haqqında məlumat verib. 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən söz açıb.

Elmi seminarda Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Qondarma erməni soyqırımı erməni uydurmasıdır” mövzusunda məruzə ilə çıxış edib. Akademik Yaqub Mahmudov öz məruzəsində tutarlı faktlarla, çoxsaylı arxiv sənədləri əsasında erməni yalanlarını iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi antik dövrdən başlayaraq orta əsrlər - Ərəb xilafəti, Səlcuq, Xaç yürüşləri, Səfəvi və Osmanlı dövrlərində ermənilərin öz xarici havadarlarına arxalanaraq türk-müsəlman əhaliyə qarşı dəfələrlə riyakarcasına törətdikləri soyqırımları, xəyanəti tutarlı faktlarla sübut edib. Eyni zamanda XVIII-XIX əsrlərdə Qafqazın, o cümlədən Azəbaycanın Rusiya imperiyası tərəfindən işğalı zamanı ermənilərin bu şəraitdə öz maraqlarını təmin etmək planlarını, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması məqsədilə türk-müsəlman əhalisinə qarşı qırğınların törədilməsini faktlarını nəzərə çatdırıb.

Akademik Yaqub Mahmudov müasir beynəlxalq münasibətlərdəki ikili standartlara xüsusi diqqət çəkərək, tarixçilərimizi real tariximizi öz gücümüzlə, imkanlarımızla araşdırmağa çağırıb. Yaqub Mahmudovun əhatəli və dərin təhlil əsasında qurduğu mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025