Tarix fakültəsində Tarix Dostiyev ustad dərsi keçib

20/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrasının dosent əvəzi, tarix elmləri doktoru Tarix Dostiyev “İslam arxeologiyası”  mövzusunda ustad dərsi keçib. Ustad dərsində fakültənin əməkdaşları, doktorant və magistrantları, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - Elmi fond və ekspozisiya şöbəsinin müdiri Fərhad Quliyev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova fakültədə elmi seminar və ustad dərslərinin mütəmadi olaraq keçirildiyi haqda məlumat verib, belə tədbirlərin elmin populyarlaşdırılılmasındakı əhəmiyyətindən bəhs edib.

T.Dostiyev  məruzədə islam arxeologiyasının predmeti və obyekti, coğrafiyası, biliklər sistemində yeri, orta əsr müsəlman cəmiyyətinin və İslam sivilizasiyasının öyrənilməsində rolu və əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış edib. Multikultural dəyərlərin və tolerantlığın mövcudluğunu çoxsaylı faktiki materiallarla sənədləşdirən İslam arxeologiyasının dini ekstremizmi və qarşıdurmanı rədd etməsi, mədəniyyətlərin dialoquna və konfessiyalararası qarşılıqlı anlaşmanın möhkəmlənməsinə müsbət təsir göstərməsi barədə müqayisələr aparıb, müsəlman ölkələrinin tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, məişətinin öyrənilməsi üçün perspektivlərin olduğuna diqqət çəkib.

Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, Azərbaycan tarixi (Təbiət fakültələr üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev, Arxeologiya və etnoqrafiya kafrdasının müdiri, dosent Kərəm Məmmədov orta əsr islam abidələrinin öyrənilməsi, Bibliya arxeologiyasının tədqiqatları ilə İncildəki məlumatların uyğunluğu, bərpa işlərindən sonra Qarabağda arxeoloji irsin qorunması və mədəniyyətimizin, islam sivilizasiyasının əsas beşiyi kimi maddi-mənəvi dəyərlərimizin qorunması üçün muzeylərin açılmasının labüdlüyü haqqında fikirlərini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025