Tarix fakültəsində ustad dərsi keçirilib

07/07/2021

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva fakültəsinin professor-müəllim heyəti, tələbə, magistrant və doktorantları üçün “Qarabağın dini-memarlıq kompleksləri” mövzusunda onlayn ustad dərsi keçib.
Məruzədə Azərbaycanın dünya miqyasında tanınan memarlıq məktəblərindən biri olan Qarabağın özünəməxsus dini kompleksləri olduğu, Xristianlıq və İslam dinlərinin elementlərini özündə əks etdirən bu komplekslərin yerli memarlar tərəfindən XIX əsrin sonları və XX əsrin ilk onilliklərində yaradıldığı bildirilib. Xristianlıqla əlaqəli olan komplekslər bir və iki nefli xristian kilsələri olaraq, bəzən böyük komplekslər şəklində yerli inşaat materialları ilə tikilib və bütün mühüm memarlıq elementlərini özündə əks etdiriblər. Sonrakı yüzilliklərdə İslamın geniş yayılması zamanı eyni memarlıq üslubundan istifadə edən memarlar, ustalar klassik üslubu saxlamaqla - məscidlər, minarələr, mədrəsələr, külliyyatlar, türbələr və digər tikililər inşa ediblər. Qarabağın geostrateji mövqeyi səbəbindən burada orta əsrlərdə xeyli sayda sufi təriqətlərinin yaradıcıları, davamçılarına aid olan tikililər geniş yayılıb.
Sonda Qarabağın dini-memarlıq komplekslərində görüləcək elmi-təşkilati işlər ətrafında müzakirə aparılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026