Tarix fakültəsinin dosenti Türkiyədə ixtisasartırma kursu keçib

06/06/2018

Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən Türkiyənin Uludağ Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Siyasi tarix kafedrasında ixtisasartırma kursu keçib. İxtisasartırma kursu müddətində S.Ruintən Siyasi tarix kafedrasının müdiri, professor Barış Özdal, dosent Kader Özlem, Murat Jane ilə birlikdə bakalavr və magistratura təhsili pilləsinə aid dərslərdə iştirak edib. O, bakalavr pilləsində “Osmanlı diplomatiya tarixi”, “Diplomatiya tarixi-2”, “Soyuq müharibə sonrası türk cümhuriyyətləri”, magistratura pilləsində isə “20-ci yüzil dünya tarixi” möv­zularında mühazirələr oxuyub, magistrantların “1985-1991: Soyuq müharibənin sonu” mövzusu­nda keçirilən müzakirələrinə qatılıb.

Bundan əlavə, S.Ruintən Beynəlxalq münasibətlər kafedrasında professor Muzaffer Ercan Yılmazın ma­gistratura təhsili pilləsində “Beynəlxalq münaqişələrin həlli”, doktoranturada “Beynəlxalq iqtisadi siyasət” dərslərində “Geosiyasi və geo­iqtisadi baxımdan Qafqaz-Mərkəzi Asiya regionu” mövzularında mühazirə oxuyub. O, Beynəlxalq münasibətlər fakültəsində “9 May Avropa günü”nə həsr olunmuş tədbirdə iştirak edib, Siyasi tarix kafedrası doktorantlarının dissertasiyalarının müzakirəsinə qatılıb. Həmçinin, BDU-da bakalavr təhsil pilləsində “Türkiyə tarixi”, magistratura təhsil pilləsində “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisası dərslərində istifadə üçün faydalı olacaq ədəbiyyatlarla tanış olub, BDU-da magistratura təhsil pilləsində “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisasında tədris üçün nəzərdə tutulan “Türkiyə Cümhu­riyyətinin xarici siyasəti” fənni üzrə eyni adlı dərs vəsaiti üzərində işi başa çatdırıb.

Səfər çərçivəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsi Türk xalqları tarixi kafedrası ilə Uludağ Universiteti Beynəlxalq münasibətlər fakültəsinin Siyasi tarix kafedrası arasındakı uğurlu əməkdaşlıq əlaqələri, adıçəkilən universitetin Fənn-Ədəbiyyat fakültəsinin Tarix, Arxeoloji və Türk dili və Ədəbiyyatı bölümləri ilə də münasibətlərin qurulması istiqamətində müəyyən müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 06 iyun 2018-ci il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023