Tarix fakültəsinin I kurs tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər
30/09/2024
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin I kurs tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidbəyova muzey haqqında tələbələrə məlumat verib.
Bildirilib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində muzey ən müasir standartlar nəzərə alınmaqla əsaslı şəkildə yenidən qurulub. Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.



Xəbərlər
BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
