Tarix fakültəsinin əməkdaşları IV Türk Dünyası Araşdırmaları simpoziumunda iştirak ediblər

01/05/2017

Türkiyənin Ömer Halisdəmir, Azərbaycanın Avrasiya və Qazaxstanın Qazax Dövlət Qızlar Pedaqoji universitetlərinin təşkilatçılığı ilə IV Türk Dünyası Araşdırmaları simpoziumu keçirilib. Simpoziumda BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentləri Sevinc Qasımova və Mətanət Məmmədova, Dünya Azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, t.f.d.Səidə Quliyeva iştirak ediblər. Simpoziumun 3 bölməsi Tarix fakültəsinin əməkdaşlarının rəhbərliyi ilə keçirilib. Professor Sevda Süleymanova “Sultan Qaliyev” bölməsinə, dosent Sevinc Qasımova “Mustafa Çokay” bölməsinə, dosent Mətanət Məmmədova isə “İbray Altınsar” bölməsinə rəhbərlik ediblər. 
Dosent Sevinc Qasımova “Azərbaycan maarifçi qadınlarının aydınlanma hərəkatında yeri” mövzusunda, dosent Mətanət Məmmədova “Türk dünyasında türkdilli xalqları birləşdirən Birinci Türkoloji Qurultay və onun nəticələrı” mövzusunda, professor Sevda Süleymanova “Türkçülük ideologiyasının yaranması (XIX əsrin sonu-XX əsrin əvvəlləri)” mövzusunda, böyük elmi işçi Səidə Quliyeva isə “Azərbaycanın türk dövlətləri ilə İƏT çərçivəsində siyasi əlaqələri” mövzusunda məruzə ediblər.

Mətbuat və informasiya şöbəsi, 01 may 2017-cı il

 

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026