Tarix fakültəsinin tələbələri "Beynəlxalq Gənclər Forumu"na hazırlaşır

03/04/2012

Aprelin 22-26-da Rusiyanın 1812-ci il Vətən Müharibəsində qələbəsinin 200 illiyi ilə bağlı Moskva şəhərində "Beynəlxalq Gənclər Forumu" keçiriləcək.

Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakı Dövlət Univerisitetinin rektoru, akademik Abel Məhərrəmova göndərilən məktubda universitetin tarix fakültəsinin tələbə və aspirantları bu müsabiqədə iştirak etməyə dəvət olunublar. Müsabiqənin qalibləri Beynəlxalq Forumda iştirak etməlidilər. 10 mart 2012-ci ilə qədər universitetin tarix, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 15-ə yaxın tələbəsi təşkilat komitəsinə 10-12 səhifəlik ESSE və anket göndəriblər.

Rusiya səfirliyi tərəfdən ali təhsil müəllimlərindən və Akademik İnstitutların mütəxəssislərindən təşkil olunan münsiflər heyəti işləri nəzərdən keçirərək qaliblərin adlarını açıqlayıblar. Qaliblərin 4-ü BDU-nun tələbələridir.

1-ci yerin qalibi Tarix fakültəsinin III kurs tələbəsi ƏHMƏDLİ NİGAR İSLAM qızı

2-ci yerin qalibi Tarix fakültəsinin II kurs tələbəsi HƏSƏNLİ CAVİD ELÇİN oğlu

3-cü yerin qalibi BM/İ fakültəsinin III kurs tələbəsi İLYASOV AYAZ ADIGÖZƏL oğlu

4-cü yerin qalibi Tarix fakültəsinin III kurs tələbəsi QURBANOVA İRADƏ ŞAKİR qızı

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2012-ci il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026