Tarix və Filologiya fakültələrinin tələbələri Heydər Əliyev muzeyini ziyarət ediblər

02/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix və Filolologiya fakültələrinin I və II kurs tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyev muzeyinin direktoru Zəkiyyə Kərimova  muzey haqqında tələbələrə məlumat verərək qeyd edib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Qeyd olunub ki, muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Muzeydə Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, bu böyük şəxiyyət haqqında Universitet alimlərinin yazdığı kitablar tələbələrdə böyük təəssürat yaradıb.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026