“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub

16/05/2019

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçialimlərimiz” adlı layihənin növbəti qonağı Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.

Fakültə dekanı Azad Rzayev tədbir iştirakçılarını salamlayaraq professor Anar İsgəndərovun elmi fəaliyyəti haqqında danışıb.

A.İsgəndərov Azərbaycan tarixinin  müxtəlif dövrlərinə nəzər salıb, Bakı Xalq Komissarları sovetinin fəaliyyəti, 1918-ci il Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz-İslam ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Azərbaycan parlamentinin təsisi, Bakı Dövlət Universitetinin yaradılması haqqında ətraflı danışıb və gəncləri vətənpərvər olmağa səsləyib.

BDU-nun rektoru  Elçin Babayev Anar İsgəndərova səmimi çıxışına görə təşəkkür edib.

Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova Anar İsgəndərovun həm alim, həm də insan kimi örnək olduğunu vurğulayıb.

Tədbir  Anar İsgəndərovun rəhbərlik etdiyi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının magistrant və doktorantlarının çıxışları ilə yekunlaşıb.


Mətbuat və informasiya şöbəsi, 16 may 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026