“Tariximizin qanlı yaddaşı - Xocalıdır”

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Tariximizin qanlı yaddaşı – Xocalıdır” adlı anım tədbiri keçirilib.

Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı törədilən bu qətliam insanlığa qarşı cinayət kimi tarixə düşüb və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.

BDU-nun Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Yasin Cəfərov gənc nəslin milli yaddaşa bağlılıq ruhunda formalaşmasının və tarixi həqiqətləri dərindən bilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Faciənin dəhşətlərini əks etdirən videoçarx təqdim edilib, tarixi faktlara əsaslanan görüntülər və məlumatlar tədbir iştirakçılarına çatdırılıb.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026