"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

05/12/2025

Quba rayonunda təşkil olunan “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində təlimçi Eyvaz Xeyrullayev tərəfindən liderlik bacarıqlarının aşılanması mövzusunda təlim keçirilib.

Təlim qrup işləri və komanda quruculuğu ilə davam edib.

Daha sonra “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub.

İntellektual oyun zamanı iştirakçılar Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, tanınmış şəxsiyyətləri, folkloru və digər mövzularla bağlı sualları cavablandırıblar.

18 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman? intellektual oyununda BDU tələbələrinin də iştirak etdiyi “Qərb staffları” komandası I, “Göyçə” komandası II, “Zəngəzur” komandası isə III yerə layiq görülərək diplom, medal, kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026