"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

06/12/2025

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) hüquqşünası İsmət Bayramov tərəfindən "Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları" mövzusunda qrup işləri təşkil olunub.

Düşərgənin davamında Quba “ASAN Xidmət” Mərkəzində qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli film nümayiş olunub.

Film Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.

Daha sonra 5 dekabr - Beynəlxalq Könüllülər Günü qeyd olunub.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026