“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

06/12/2025

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb.

Günün sonunda Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor İlkin Ağazadə tərəfindən “İlkin tibbi yardım və ekstremal şəraitdə sağ qalmağın yolları” adlı təlim keçirilib.

Təlimdə iştirakçılara çətin hava və ərazi şəraitində istiqamətlənmə, ilkin tibbi yardım, su və qida tapmaq, ocaq qalamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək kimi həyatda qalmağın əsas prinsipləri ətraflı şəkildə izah olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026