Tatarıstanın təhsil və elm naziri BDU-da

21/11/2023

Rusiya Federasiyasının Tatarıstan Respublikasının təhsil və elm naziri Xadiullin İlsurun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. O, BDU-nun rektoru və professor-müəllim heyəti ilə görüşüb.

Qonağı salamlayan BDU rektoru Elçin Babayev bu səfərin regionlarımız arasında dərin köklərə malik əlaqələrin göstəricisi olduğunu bildirib: "Bu görüş bizə təhsil və elm sahələrində regional əlaqələrin nə qədər vacib olduğunu bir daha xatırladır. Hər iki ölkə zəngin mədəni irsə, ənənələrə və qarşılıqlı əməkdaşlığa sahibdir, təhsil və elm sahələrində bu münasibətləri daha da inkişaf etdirməliyik. Bu səfər və görüş BDU ilə Tatarıstan ali məktəbləri arasında əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etmək üçün gözəl imkan yaradır".

Rektor Tatarıstan Respublikasının rəhbəri Rustəm Minnixanovun bu ilin iyunun 17-də Azərbaycanın işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndinə səfərini də yüksək qiymətləndirib.

Rektor vurğulayıb ki, BDU ilə Kazan Federal Universiteti arasında əlaqələrin də tarixi kökləri var. BDU-nun ilk rektoru Vasili Razumovski məhz Kazan Federal Universitetini bitirib. BDU-nun daha bir rektoru Aleksandr Qulyayev də Kazan Federal Universitetinin məzunu olub. Görkəmli pedaqoq, alim və yazıçı Mir Cəlal Paşayev də öz təhsilini Kazan Şərq Pedaqoji İnstitutunda davam etdirib. BDU alimləri Tatarıstanda keçirilən çoxsaylı tədbirlərdə iştirak ediblər. BDU-da Tatarıstan ali məktəblərini bitirən çoxsaylı məzunlar çalışır. Rektor Elçin Babayev BDU-nun Tatarıstan ali məktəbləri ilə təcrübə mübadiləsi, elmi tədqiqat və innovasiyalar sahəsində də əməkdaşlığa hazır olduğunu deyib.

Tatarıstanın təhsil və elm naziri Xadiullin İlsur isə qeyd edib ki, Azərbaycan və tatar xalqları arasında dərin köklərə malik tarixi, mədəni bağlar var. Elm və təhsil əlaqələri bu bağları daha da möhkəmləndirir. Hazırda BDU-nun professor-müəllim heyəti arasında da Tatarıstanın müxtəlif ali məktəblərini bitirən məzunlar var. Nazir BDU ilə Tatarıstan ali məktəbləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Tatarıstan universitetlərinin məzunları - BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova, Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov, Fiziki coğrafiya kafedrasının baş müəllimi İrkən Rakçiyeva-Aktoprak çıxışlarında tələbəlik xatirələrini bölüşüb, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024