Tbilisidə Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin İcra Şurasının iclası keçirilib

18/11/2016

Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru, dosent Vüqar Mehrabov Qara Dəniz Hövzəsi Universitetləri Birliyinin İcra Şurasının Tbilisi şəhərində keçirilən iclasında iştirak edib. Gürcüstanın İliya Dövlət Universitetində (İDU) təşkil olunan iclası Qara Dəniz Universitetləri Birliyinin prezidenti, İDU-nun rektoru, professor Gida Zedaniyan açıb. İclasda 2016-2018-ci illər üçün strateji planın yenidən nəzərdən keçirilməsi, prioritet layihələrin bir daha dəqiqləşdirilməsi, 2017-ci il üçün fəaliyyət planının təsdiq edilməsi və inzibati məsələlər müzakirə olunub.Tədbirdə BSUN-un İcra Şurasının sədri, professor Eden Mamutun 2016-cı ildə görülmüş işlər və gələcək fəaliyyət planları, prioritet layihələr barədə hesabatı dinlənilib. Hesabat İcra Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

 

Mətbuat və informasiya şöbəsi, 18 noyabr 2016-cı il.

 

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026