Təbrik edirik

11/03/2020

VI çağırış Milli Məclisin ilk iclası uğurlu fəaliyyətin anonsunu verdi. Parlamentə xanım deputat sədrlik edəcək. Yeni tərkibdə Milli Məclisin deputatları sırasında Azərbaycan ali məktəblərinin flaqmanı Bakı Dövlət Universitetinin professorları da var. Belə ki, BDU-nun Psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinə, Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinə, Azərbaycan Tarixi kafedrasının professoru Fəzail İbrahimli vitse-spiker, eyni zamanda İctimai birliklər və dini qurumlar komitəsinə sədr seçilib.

Ümimi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru Musa Qasımlı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Genetika kafedrasının müdiri Kamilə Əliyeva da yeni tərkibli parlamentdə yer alıblar.

Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin fəaliyyətə başlaması münasibətilə Millət vəkillərini təbrik edir, müstəqil Azərbaycanın və bütövlükdə Azərbaycan xalqının rifahı naminə görüləcək bütün işlərdə uğurlu fəaliyyət arzulayırıq.

Xəbərlər

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
14/07/2026

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026